VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Meta” şirkəti Avropa İttifaqı ölkələrində “Facebook” və “Instagram” sosial şəbəkələrinin dayandırılması variantlarını nəzərdən keçirir.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi hesabatda bildirilib.

Aİ-nin yeni qanunu Avropa ölkələrinin vətəndaşlarından istifadəçi məlumatlarını toplayan şirkətlərdən bu məlumatları Avropa serverlərində saxlamağı və işləməyi tələb edir. Bununla belə, “Facebook” və “Instagram” məlumatları ABŞ-da yerləşən serverlərdə də göndərir.

Sosial medianın ana şirkəti “Meta” ehtimal verir ki, yeni qaydalara əməl etməyəcəyi təqdirdə xidmətlərini Avropada təqdim etməyi dayandırmaq məcburiyyətində qalacaq.

“Meta Platforms”un qlobal məsələlər və kommunikasiyalar üzrə vitse-prezidenti Nik Kleq iddia edir ki, bu, Aİ-də şirkət tərəfindən təqdim olunan xidmətlərə və reklamlara arxalanan bir çox biznesə zərər verəcək.

BAKU.WS