SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa son 30 il ərzində ən böyük müharibə təhlükəsilə üz-üzə qalıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

Rusiyanın adını çəkməyən diplomat bu ölkənin iştirak etdiyi iddia edilən bir sıra münaqişələri sadalayıb: “Son həftələr biz Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik”.

“Ukrayna ətrafındakı münaqişənin dinc yolla həllinə diqqət yetirməliyik”, - polşalı nazir qeyd edib.

Z.Rau Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam şəkildə hörmət olunmasına çağırıb.

BAKU.WS