SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstandakı iğtişaşlar zamanı ümumilikdə 16 nəfər polis, Milli Qvardiya və Müdafiə Nazirliyinin əməkdaşı həlak olub, 1300-dən çoxu isə yaralanıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İctimai asayişin qorunması və ölkənin konstitusiya quruluşunun müdafiəsi zamanı 16 nəfər iğtişaşçılar tərəfindən öldürülüb, 1300-dən çox polis, Milli Qvardiyanın və Müdafiə Nazirliyinin, eləcə də xüsusi təyinatlı orqanların əməkdaşları yaralanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 6-da “Tengrinews.kz” saytı ölkənin Daxili İşlər Nazirliyinə istinadən 18 hüquq-mühafizə orqanı əməkdaşının ölümü ilə bağlı məlumat yaymışdı. Almatı komendantlığının məlumatına görə, ölənlərdən ikisinin başı kəsilmiş halda tapılıb.

BAKU.WS