SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanda iğtişaşlar zamanı indiyədək 4266 nəfər saxlanılıb. 

BAKU.WS xəbər verir ki, bu məlumatı Qazaxıstanın Daxili İşlər Nazirliyinin Situativ Mərkəzi yayıb. Məlumata görə, saxlanılanlar arasında xarici ölkə vətəndaşları da var. Almatı vilayətinin tək bir kəndində yüzdən çox şəxs saxlanılıb.

Qeyd edək ki, Qazaxıstanda etirazlar 2022-ci ilin ilk günlərində başlamışdı. Ölkənin Aktau və Janaozen şəhərlərinin əhalisi yanacaqdoldurma məntəqələrində istifadə olunan sıxılmış neft və qazın qiymətinin iki dəfə bahalaşmasına etiraz edərək küçələrə axışmışdılar.

Sonradan aksiyalar böyüyərək Qazaxıstan güc strukturları ilə toqquşmalarla nəticələnmişdi. Hər iki tərəfdən itkilər olmuşdu. 

Ölkənin bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı müvafiq qərar qəbul edib.

BAKU.WS