SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanın Mangistau vilayətində və Almatı şəhərində komendant saatı tətbiq edilib. 

BAKU.WS xəbər verir ki, bu barədə ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

Bildirilir ki, etirazların aktiv keçirildiyi Almatı şəhərinə hazırda giriş və çıxış qadağandır.

Komendant saatı axşam saat 23:00-dan səhər saat 7:00-a qədər davam edəcək.

Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz ediblər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb. Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də etirazlar davam edir.

Son məlumata görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. Bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir.

Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

BAKU.WS
VİDEO