SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin istehsalı olan, lazerlə işləyən pilotsuz uçuş aparatı “Eren” dünyada ilk dəfə 500, 300 və 100 metr məsafələrə uğurla atəş açıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Anadolu” xəbər verir.

Qeyd olunur ki, pilotsuz təyyarə sınaqların bütün mərhələləri başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına veriləcək.

TÜBİTAK və “Asisguard” müdafiə şirkətləri tərəfindən hazırlanan “Eren” pilotsuz uçuş aparatı lazer silahlarından istifadə edərək partlayıcı elementləri uzaqdan zərərsizləşdirmə qabiliyyətinə malikdir. “Eren”in maksimum uçuş hündürlüyü 3 000 metrdir.

BAKU.WS