SİZİN REKLAM BURADA!
055 213 76 73


Misirin Qalyubiyyə rayonundakı Azərbaycan-Misir Dostluq Parkında ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, tədbir çərçivəsində Qalyubiyyə qubernatoru Əbdülhəmid Əl Həccə ilə görüş keçirilib.

Misirdə səfərdə olan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin də iştirak etdiyi görüşdə iki ölkə arasında dostluq əlaqələrinin inkişafı, o cümlədən diaspor təşkilatının fəaliyyətindən bəhs olunub.

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Qalyubiyyə qubernatoru Əbdülhəmid Əl Həccə və Azərbaycan Diaspor Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli parkdakı Azərbaycan sərgisinin eksponatları ilə tanış olublar. Qubernatora 44 günlük Vətən müharibəsi haqqında kitab və xalça hədiyyə edilib.

Sonra ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, Ümummilli Liderin əziz xatirəsi anılıb.


BAKU.WS