SİZİN REKLAM BURADA!
055 213 76 73


NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina gələn həftə Azərbaycana səfər edəcək.

BAKU.WS “report”a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində məlumat paylaşıb.

“Gələn həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm”, - ispaniyalı diplomat yazıb.

BAKU.WS