SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın Rustavi şəhərindəki həbsxanada saxlanılan ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti pisləşib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze türmədə ona baş çəkəndən sonra bildirib.

Həkim deyib ki, M.Saakaşvilidə talassemiya xəstəliyi var: “Bu qan xəstəliyi olan zaman heç bir aclıq olmamalıdır... Mişa daha da ağır yeriyir, danışmaqda çətinlik çəkir, durumundan narahatlıq keçirir”.

M.Saakaşvili artıq 10-cu gündür ki, aclıq aksiyası keçirir.

Qeyd edək ki, siyasətçi oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirir. Oktyabrın 8-də Gürcüstanın Xüsusi Penitensiar Xidməti M.Saakaşvilinin aclığı dayandırdığını, bal və təbii şirələr qəbul etdiyini bildirib.

BAKU.WS