VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə və ABŞ - NATO-ya üzv ölkələr kimi aradakı gediş heç yaxşıya doğru deyil".

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı bildirib. ABŞ-ın F-35 proqramından Türkiyəni çıxarmasına gəlincə, qardaş ölkə lideri bunları qeyd edib:

"Türkiyə olaraq dürüst rəftar edirik, mövqeyimiz dürüstdür, amma təəssüf ki, ABŞ dürüst rəftar etmədi, etmir".

Türkiyə prezidentinin S-400 ilə bağlı suala cavabı isə belə olub:

"Türkiyə-ABŞ arasında hazırda sağlam münasibətlərin olmasını doğrusu deyə bilmərəm. Niyə? Baxın, biz F-35-ləri aldıq, 1 mlrd. 400 mln. ödəniş etdik və bu F-35-lər bizə təslim edilmədi. ABŞ ilk öncə bunu həll etməlidir. Bizə S-400 mövzusunu bəhanə edib F-35-ləri verməmək, nə dövlətlərarası, nə diplomatik münasibətlərdə, nə də qarşılıqlı əlaqələrlə bağlı bir kimlik ortaya qoyur. ABŞ ilk öncə bunu düzəltməldir. Bizə olan davamlı S-400 qadağalarını qəbul etməyimiz mümkün deyil. Bizim üçün S-400 məsələsi bitib. Bu mövzu ilə bağlı geri addım atmağımız da mümkün deyil".

BAKU.WS