SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyanın Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürülüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə o, özü sədri olduğu “Gürcüstan naminə” partiyasının yerli seçkilər üçün namizədlərin təqdimetmə mərasimində bildirib.

G.Qaxariya çıxışında deyib ki, “Gürcüstan naminə” partiyası ölkədə nüfuzu artan yeganə siyasi təşkilatdır.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın hökumət başçısı olub. Vəzifəsindən istefa verən 46 yaşlı siyasətçi hakim Gürcü Arzusu Partiyasını da tərk edib. O, “Gürcüstan naminə” adlı partiyanı bu ilin mayında yaradıb.

Qonşu ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər bu ilin oktyabrın 2-də keçiriləcək.

BAKU.WS