SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfqanıstanda "Taliban" yaraqlılarının girə bilmədiyi yeganə bölgə olan və əfsanəvi komandir Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərliyi altında Pəncşir vilayətində müqavimət davam edir.

BAKU.WS xəbər verir ki, "Anadolu" agentliyinin hazırladığı reportaj zamanı Pəncşirin hərbi poliqona çevrildiyi məlum olub.

Yüksək dağlarla əhatə olunmuş strateji əhəmiyyətli Pəncşir vilayətinə giriş-çıxış Məsudun silahlı qüvvələri tərəfindən nəzarət olunur.

Qeyd edək ki, 2001-ci ildə Əhməd Şah Məsud "Əl-Qaidə" terror təşkilatı tərəfindən öldürüldükdən sonra taliblər oğlu Əhməd Məsudun silahlı qüvvələrinin nəzarətində olan bölgəyə girə bilməyiblər.

Pəncşirdə yol kənarları Sovet İttifaqının uğursuz işğalı zamanı məhv edilmiş zirehli maşınların qalıqları ilə doludur. Hazırda "Taliban"a qarşı müqavimət göstərən Məsud qüvvələrinin dəqiq sayı bilinmir.

Talibanın Kabilə girməsindən sonra ölkədən qaçan prezident Əşrəf Qəninin birinci müavini Əmrullah Saleh də Pəncşirə gələrək Əhməd Məsudun qüvvələrinə dəstək verib.

BAKU.WS
VİDEO

QALEREYA