SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin 6 vilayətində 13 məntəqədə meşə yanğınları ilə mübarizə davam edir.

BAKU.WS xəbər verir ki, ölkədə baş verən meşə yanğınlarının 185-i nəzarət altına alınıb.

Antalyanın Manavqat və Gündoğmuş, Aydının Karacasu, Denizlinin Güney, İspartanın Sütçüler, Muğlanın Marmaris, Köyceğiz, Kavaklıdere, Yılanlı, Seydikemer və Milas bölgələrində iki ayrı yanğının söndürülməsi üçün işlər davam edir.

Qeyd edək ki, Manavqatda 9 günlük yanğından sonra yaranmış dəhşətli mənzərəni özündə əks etdirən havadan çəkilmiş görüntülər paylaşılıb. Görüntülərdə dağlıq və meşəlik ərazilərdə yaşıllıq ərazilərin və evlərin necə kül olması öz əksini tapıb.

BAKU.WS
VİDEO