SİZİN REKLAM BURADA!
055 213 76 73


Güclü yanğınlar Sardiniyanın Oristano vilayətini cənginə alıb, 400 nəfərə yaxın yerli sakin təcili olaraq evakuasiya edilib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “SkyTg24” televiziyası məlumat yayıb.

Şənbə günü Afrikadan İtaliyaya daxil olan isti hava kütlələri yanğına səbəb olub. Belə ki, havanın temperaturu 40 dərəcəyə qədər qalxıb və quru otlar yanmğa başlayıb. Tədricən alov Oristano vilayətinin bir çox hissəsinə yayılıb.

Yanğının söndürülməsində könüllülərlə yanaşı yanğınsöndürmə xidməti, meşə mühafizəsi və İtaliya Mülki Müdafiə xidmətinin bölmələri, ümumilikdə 7,5 min nəfər iştirak edir. Alovla mübarizəyə həmçinin yeddi “Canadair” xüsusi təyyarə və 13 helikopter cəlb edilib.

Sardiniya səlahiyyətlilərinə görə, yanğınlar təxminən 10 min hektar yaşıl sahəni məhv edib, bir neçə sənaye və yaşayış binası yanıb.

BAKU.WS