SİZİN REKLAM BURADA!
055 213 76 73


İraqın paytaxtı Bağdadın şərqində yerləşən, şiələrin sıx yaşadığı Madinat-Sədr rayonunun bazarında baş vermiş intihar bombasının partlaması nəticəsində ölənlərin sayı 35-ə çatıb, 60-dan çox yaralı var.

BAKU.WS “Al Arabia” telekanalına istinadla xəbər verir ki, terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb. Yerli xəstəxana həkimləri yaralıların bəzilərinin vəziyyəti ağır olduğu üçün ölənlərin sayının arta biləcəyini bildiriblər.

Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Baş verən terror hücumunu müzakirə etmək üçün yüksək təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili bir toplantı keçirən İraqın baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib.

BAKU.WS