SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Hadisə uzun müddətdir eşq yaşadığı aktyor sevgilisi Kaan Yıldırımla ayrılıb.

BAKU.WS “Ahaber.com”a istinadən xəbər verir ki, cütlüyün ayrılmasına səbəb Kaanın Ebru Gündəşlə görüşməsi olub.

Belə ki, sənətçi Reza Zərrabla Hadisə arasında yaşananları Kaana danışıb. Bundan sonra Yıldırım sevgilisi ilə yollarını ayırıb.

Qeyd edək ki, bir müddət əvvəl iş adamı Reza Zərrabın həyat yoldaşı Ebru Gündəşə Hadisə ilə xəyanət etməsi xəbərləri mətbuatda böyük səs-küyə səbəb olub. Buna sübut isə Ebru Gündəşin fal baxdırdığı qadının Hadisəni Rezanın Amerikadakı evində görməsidir.

BAKU.WS