VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 28-də Rusiyanın Novosibirsk şəhərində polis əməkdaşı tərəfindən başından güllələnən əslən azərbaycanlı Abdullayev Vəkil Yaqub oğlu vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-yə Novosibirsk vilayətində Azərbaycan Milli Mədəni Muxtariyyatının sədri Rasim Babyev məlumat verib.

Onun sözlərinə görə, 18 yaşlı gəncin ölümü ilə əlaqədar yaxınları məlumatlandırılıb.

Qeyd edək ki, hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb.

BAKU.WS
VİDEO