SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin raket zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 43-ə çatıb.

APA-nın "Haaretz"ə istinadən verdiyi xəbərə görə, ölənlərdən 13-ü uşaqdır. Yaralıların sayının 269 nəfər olduğu qeyd olunub.

"Haaretz"in məlumatına görə, HAMAS-ın tank əleyhinə raket zərbəsi nəticəsində yaralanan üç nəfərdən biri ölüb, bununla da İsrail tərəfdən ölənlərin sayı 6-ya çatıb.

Həlak olan şəxsin hərbçi olduğu bildirilir.

BAKU.WS