SİZİN REKLAM BURADA!
055 213 76 73


Solomon Adalarındakı kəndlərdən birində yaşayan Cimmi Hüqo donuz ovlamağa gedərkən nəhəng qurbağa tapıb.

BAKU.WS “dailymail.com”a istinadən xəbər verir ki, o, bunun indiyə qədər gördüyü ən böyük qurbağa olduğunu bildirib.

Qurbağanı görən kənd sakinləri gözlərinə inanmayıblar. Onlar qurbağa ilə fotolar çəkdirib, daha sonra kəsib yeyiblər.

Mütəxəssislər bu ərazilərdə yaşayan qurbağaların nəslinin kəsilmək üzrə olduğunu, insanların sulara və çaylara axıtdığı kimyəvi maddələr nəticəsində bir çoxunun məhv olduğunu bildiriblər.

BAKU.WS
QALEREYA