SİZİN REKLAM BURADA!
055 213 76 73


Meksikanın paytaxtı Mexikoda çox insanın ölməsi və yaralanması ilə nəticələnən faciə baş verib.

BAKU.WS xəbər verir ki, paytaxtda metro körpüsünün uçması nəticəsində 15 nəfər ölüb, 70 nəfər xəsarət alıb.

Hadisə şəhərin cənub-şərqində, Olivos və Tesonko stansiyalarının ərazisində baş verib. Metro körpüsünün yaxınlığındakı ərazi mühasirəyə alınaraq yalnız xüsusi xidmət avtomobillərinin keçməsinə icazə verilir. Xilasetmə işləri davam edir.

Metro körpüsünün qatar keçərkən çökdüyü anın görüntüləri yayımlanıb. Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO