VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan və Tacikistan sərhədində iki ölkənin silahlı qüvvələri arasında silahlı qarşıdurma qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Silahlı toqquşma zamanı bir Qırğızıstan vətəndaşı ölüb, 16 nəfər isə yaralanıb.

Tacikistan tərəfi isə açıqlayıb ki, üç vətəndaşı güllə yarası alıb.

Qeyd edək ki, qarşıdurmaya görə hər iki dövlət məsuliyyəti bir-birinin üzərinə atır.

Son məlumata görə, Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı insidentlə əlaqədar hökumət üzvlərinin iştirakı ilə operativ əməliyyat müşavirəsi keçirib.

BAKU.WS
VİDEO