SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə səfərindən sonra Şurnux sakini Ararat Aqabekyan saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Xuliqanlıq maddəsi ilə barəsində istintaq başladılan erməninin İstintaq Komitəsinə gətirilməsi geniş müzakirələrə səbəb olub. Belə ki, görüntülərdə Ararat Aqabekyanın əli qandallı və diz çökdürülərək idarəyə gətirilməsi öz əksini tapıb.

Qeyd edək ki, Nikol Paşinyan ötən gün səfəri zamanı geniş etirazla qarşılanmışdı. Baş nazir etirazlardan ehtiyatlanaraq səfərini yarımçıq dayandırmışdı.

BAKU.WS
VİDEO