SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəyə səfər edən Yunanıstan xarici işlər naziri Nikos Dendias ilə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu birgə mətbuata açıqlama verərkən gərginlik yaşanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yunan nazirin rəsmi Ankaranı sanksiya ilə hədələməsinə və Ayasofiyanı muzeyə çevirməklə bağlı çağırışına M.Çavuşoğlu sərt reaksiya verib.

"Trakya bölgəsində yaşayan türklər "türkəm" deyirlərsə, türkdürlər. Bunu belə qəbul etmək məcburiyyətindəsiniz. Türkiyə heç kimin suveren hüquqlarını pozmur, əksinə öz və Kipr türklərinin haqlarını qoruyur. AB-nin qınaması bizim üçün heç nə ifadə etmir", - deyə Çavuşoğlu əlavə edib.

BAKU.WS
ВИДЕО