SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə xəstəxanaların birində xəstə yaxınları ilə tibbi personal arasında əlbəyaxa dava baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Sivas Təcili Yardım xəstəxanasında qeydə alınıb.

Dünən axşam saatlarında xəstəxanaya ayaq travması ilə bir şəxs müraciət edib. Ayağı qırılan şəxslə tibbi personalın maraqlanmadığını iddia edən şəxsin yaxınları mübahisəyə başlayıblar. Tərəflər arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Hadisə zamanı xəstəxananın 6 mühafizəçisi müxtəlif bədən xəsarətləri alıb. Yaranmış vəziyyətə yerli polis əməkdaşları müdaxilə edib və 8 nəfər saxlanılıb.

BAKU.WS
VİDEO