SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Konya şəhərində qəzaya uğrayıb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində təyyarənin pilotu həlak olub.

"Türk ulduzları" aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsinin qəzaya uğraması zamanı pilot həyatını itirib.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

BAKU.WS
VİDEO