SİZİN REKLAM BURADA!
055 213 76 73


Belçikanın paytaxtı Brüsselin “Bua de lya Kamp” parkında kütləvi qarışıqlıqların gedişatında polis əməkdaşları da daxil olmaqla, onlarla insan xəsarət alıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, qarışıqlıqlara səbəb 1 aprel zarafatı olub. Belə ki, sosial şəbəkələrdə hansısa konsertin planlaşdırıldığı barədə yalan məlumat yayılıb. Nəticədə parka 5 mindən çox insan toplaşıb.

Polis bir neçə saat ərzində səsucaldanlar vasitəsilə parkı tərk etməyə çağırıb, ancaq buna cavab olaraq bəzi şəxslər asayiş keşikçilərini təhqir ediblər və azadlığa çağırış şüarları səsləndiriblər. Parka toplaşanlar həmçinin polisə butulkalar və şüşə qablar (bankalar-red) atıblar. Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) parka xüsusi təyinatlı polis dəstələri gəlib, asayiş keşikçiləri yanğın nasosu və atlı polis dəstəsinin köməyi ilə parka toplaşanları sıxışdırıb çıxarmağa başlayıb.

Gənclər polis əməkdaşlarına fəal müqavimət göstəriblər, parkın müxtəlif hissələrində toqquşmalar başlayıb. VRT telekanalının ilkin informasiyasına görə, polis 100 nəfəri saxlayıb, toqquşmalar zamanı onlarla insan xəsarət alıb. Xəsarət alanlar arasında polis əməkdaşları da var, onlar xəstəxanaya yerləşdirilib.

Son məlumatlara park polis tərəfindən əhatəyə alınıb və ora toplaşanların hamısı ərazidən çıxarılıb.

BAKU.WS