SİZİN REKLAM BURADA!
055 213 76 73


“Son illərdə Rusiya həm ölkə daxilində, həm də xaricdə təcavüzkar mövqeyinə sadiq qalır”.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, son illərdə Rusiya Gürcüstan və Ukrayna kimi qonşu ölkələrə qarşı təcavüz nümayiş etdirir, NATO müttəfiqlərinin daxili siyasi proseslərinə müdaxilə edir və ölkəsindəki müxalifətə təzyiq göstərir.

“Və bu, hamısı deyil. Rusiya Prezidenti Vladimir Putin, əlbəttə ki, Rusiya dövlətinin hərəkətlərinə görə cavabdehdir. Təcavüzkar münasibət nümunəsi görürük. Bunların hamısı qəbuledilməz davranışlardır. Möhkəm olmağa davam edəcəyik. Eyni zamanda çəkindirmə, müdafiə və dialoqu da əhatə edən ikitərəfli yola sadiq qalacağıq”,- deyə Stoltenberq bildirib.

Qeyd edək ki, martın 23-də Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iki günlük iclası keçiriləcək.

BAKU.WS
VİDEO