SİZİN REKLAM BURADA!
055 213 76 73


Roma Papası Fransisk irqçiliyi daim mutasiya edən virusla müqayisə edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində yazıb.

"İrqçilik - bu, qısa zamanda mutasiya edən və yox olması gözlənilərkən gizlənən bir virusdur", - deyə pontifik sosial şəbəkədə yazıb.

O, həmçinin irqçiliyin müasir cəmiyyətdəki təzahürlərini utancverici adlandırıb. Papanın sözlərinə görə, çünki bu, bəşəriyyətin iddia edilən sosial tərəqqisinin düşündüyümüz qədər real olmadığını göstərir.
BAKU.WS