SİZİN REKLAM BURADA!
055 213 76 73


Birləşmiş Millətlər Təşkilatı 2021-ci ildə aclıqdan əziyyət çəkənlərin artacağını proqnozlaşdırır.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, iqlim dəyişikliyi və koronavirus infeksiyası vəziyyəti daha da ağırlaşdırdığı üçün dünyada 150 mindən çox insan aclıqdan ölmək riski altındadır.

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, 2020-ci ilin sonunda dünyada 88 milyon insan aclıqdan əziyyət çəkirdisə, proqnozlar 2021-ci ildə bu rəqəmin artacağını göstərir.

Onun sözlərinə görə, iqlim dəyişikliyi və koronavirus infeksiyası vəziyyəti daha da ağırlaşdırır. 30-dan çox ölkədə aclığın pik həddi müşahidə olunur:

“Təcili addımlar atılmasa, milyonlarla insan həddindən artıq aclıq və ölüm həddində olacaq. Proqnozlar göstərir ki, aclıqdan əziyyət çəkən insanların sayı artmaqdadır. Bu vəziyyət Afrika buynuzu ölkələrində yayılır və Cənubi Sudan, Yəmən və Əfqanıstanda sürətlənir. 30 milyondan çox insanın 30-dan çox ölkədə aclıq həddinə düşməsinə yalnız bir addım qalıb”.

150 mindən çox insanın aclıqdan ölmək riski altında olduğunu deyən baş katib, Yəməndə 5 ildir davam edən münaqişə nəticəsində ümumilikdə 4 milyon insan öz evindən didərgin düşdüyünü də nitqinə əlavə edib. Quterreşin verdiyi məlumata görə, ümumilikdə müharibə şəraitində yaşayan Afrika və bəzi Asiya ölkələrində hazırkı durum daha acınacaqlıdır.

BAKU.WS
VİDEO