SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Co Bayden koronavirusun ölkəyə mənfi təsirini azaltmaq üçün həyata keçirilməsi planlaşdırılan 1,9 trln. dollarlıq yardım paketini imzalayıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bəzi ekspertlər prezident tərəfindən imzalanan bu paketi pandemiyaya qarşı aqressiv yardım adlandırıblar.

“Bu tarixi qanun ölkənin onurğa sütununu yenidən inşa etməklə yanaşı bu millətə, işləyənlərə, orta sinif, ölkəni inşa edən insanlara müharibə aparmaq şansı verir”, - deyə Bayden bildirib.

Qeyd edək ki, yardım paketi ABŞ-da əksər vergi ödəyicilərinə adambaşı 1400 dollar birbaşa ödəniş nəzərdə tutur. Həmçinin yerli hökumət orqanları 350 mlrd. dollar dəstək alacaqlar. Restoran, aviaşirkət və universitetlər də yardım paketindən faydalanacaq müəssisələrdəndir.

BAKU.WS