VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan səhiyyə naziri Anait Avanesyan yerli mətbuata müsahibəsində bildirib ki, müharibədə məhv olan hərbçilərin qalıqları Metsamor nüvə stansiyasında saxlanılır.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Anait Avanesyan jurnalistlərə açıqlamasında təsdiqləyib.

“Bilirsiniz ki, Metsamor bizim meyitxanamızdır, cəsədlər orada saxlanılır. Burada xüsusi soyuducular var. Artıq bütün cəsədlərdən nümunələr götürülüb.

Daha əvvəl də demişdim, çox təəssüf ki, cəsədlərin hamısı zədələnib. Bu səbəbdən də DNT analizlərini aparmaq çox vaxt aparır. Çətin prosesdir. Digər beynəlxalq qurumlarla, onların mütəxəssisləri ilə əlaqə qururuq və indi başqa müayinələr üzərində işləyirik.

Gözləyək, görək nəticə necə olacaq. Ciddi ziyan görmüş cəsədlər var ki, kimliyini müəyyənləşdirmək üçün başqa ölkələrin laboratoriyasına aparılmalıdır, amma bu da mümkün deyil.

Müəyyənləşdirilməsi çətin olan 210 nümunə var. 2200-dən çoxunu isə araşdırmışıq. 180 valideynimiz nümunələrin cavablarını gözləyir", - deyə Anait Avanesyan bildirib.

Daha ətraflı BAKU.TV-nin süjetində:

BAKU.WS
VİDEO