VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və Yunanıstan dövlət rəsmilərinin martın 16-17-də məşvərət görüşmələri olacaq.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əvvəlki görüş yanvarın 25-də İstanbulda baş tutmuşdu. Hər iki dövlət Egey və Aralıq dənizlərində mövcud olan problemlərin həllinə çalışır.

Qeyd edək ki, 2012-ci ildə Egey dənizində hər iki dövlətin "ədalətli, daimi və əhatəli" həll üçün zəmin yaratmaq məqsədilə danışıqlara başlamışdı. Lakin Yunanıstan tərəfinin 2016-ci ildən sonra danışıqlara etinasızlığı nəticəsində görüşmələr dayandırılmışdı.

BAKU.WS