SİZİN REKLAM BURADA!
055 213 76 73


Sinqapur dünyada benzin və dizel yanacağı ilə işləyən avtomobillərə müharibə elan edən ölkələr sırasına qoşulub.

BAKU.WS report-a istinadən xəbər verir ki, 2025-ci ildən etibarən ölkədə daxili yanma mühərrikləri (DYM) ilə işləyən yeni avtomobillərin qeydiyyatı qadağan ediləcək. Bundan əlavə, onların taksi kimi istifadəsinə tam qadağa tətbiq edilməsi planlaşdırılır.

Sinqapur əvvəlcədən bu prosesi 2030-cu ildə həyata keçirməyi planlaşdırsa da, indi tarixi beş il əvvələ çəkib. Sinqapur rəhbərliyi bu qərarı atmosferə zərərli tullantıların miqdarını azaltmaq istəyi ilə izah edir.

2040-cı ildə ölkədə DYM ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinin tamamilə qadağan ediləcəyi güman edilir.

2025-ci ildən etibarən DYM-li avtomobillərin taksi kimi istifadəsinə qadağanın ayrıca vurğulanması, çox güman, Sinqapurdakı taksilərin 40 %-dən çoxunun dizel ilə işləməsiylə əlaqədardır.

Xatırladaq ki, daha əvvəl Böyük Brtitaniya, Almaniya, Danimarka və s. ölkələrin 2030-cu ildə benzin və dizel yanacağı ilə işləyən avtomobillərin satışını qadağan etməyi planlaşdırdığı bildirilmişdi.

BAKU.WS