SİZİN REKLAM BURADA!
055 213 76 73


***23:20***

Qəzada ölənlərin sayı 11 nəfərə yüksəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralı əsgərlərdən ikisi vəfat edib.

Hazırda qəzada ölənlərin sayı 11-ə çatıb, 2 hərbçi isə yaralıdır.

***19:45***

Türkiyədə Bingöl yaxınlarında hərbi helikopter qəzaya uğrayıb.

BAKU.WS Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.

Məlumata görə, "Cougar" tipli helikopter Tayvana hərəkət etmək üçün havaya qalxıb və 30 dəqiqə sonra qəzaya uğrayıb.

BAKU.WS