SİZİN REKLAM BURADA!
055 213 76 73


İrəvanda etirazçılar parlament qarşısındakı Baqramyan küçəsini bağlayıblar.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, birləşmiş müxalifətin nümayəndəsi İşxan Saqatelyan sözügedən ərazidə barrikadaların qurulduğunu bildirib.

“Biz iki tərəfdən Baqramyan küçəsini bağlamışıq. Ərazidə çadırlar qurmaqda və tonqallar qalamaqda davam edirik”, - deyə o qeyd edib.

Həmçinin İ.Saqatelyan bəyan edib ki, etiraz aksiyaları Baş nazir Nikol Paşinyan istefa verənədək davam edəcək.

BAKU.WS