SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın müxalif “Vətənin Xilası Naminə Hərəkatı”nın tərəfdarları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Baqramyan prospektini bağlayan müxalifət tərəfdarları çadırlarda gecələyəcəklərini bildiriblər.

Eyni zamanda, müxalifət ölkədəki siyasi böhrandan çıxış yolları axtarmaq üçün Ermənistan prezidenti Armen Sarkisyanla danışıqlar aparmağa nümayəndə heyəti də göndərib.

BAKU.WS