SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gündür ki, Gürcüstanda Jozef Kaşanyan tərəfindən sosial şəbəkələrdə azərbaycanlıların böyük narahatlığına və narazılığına səbəb olan video yayılıb.

Belə ki, erməni tibb işçisi paylaşdığı videoda azərbaycanlıları təhqir edir.

Baku TV-nin Gürcüstan bürosu məsələnin araşdırıb.

Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze bildirib ki, klinikaya gələn xəstələrə, eləcə də hər hansı bir insana qarşı hörmətsizlik edilməsi onlar tərəfindən qəbuledilməzdir: “Əməkdaşımızın paylaşdığı videodan xəbər tutan kimi dərhal onu sildirdik. Ötən gün həmin şəxs rəhbərlik tərəfindən ciddi töhmət alıb. Nizam-intizam komitəmiz tərəfindən barəsində qərarın verilməsi ilə bağlı müzakirələrimiz davam edir. Bizim üçün xəstəxana olaraq milliyyətindən, dinindən, irqindən asılı olmayaraq önəmli olan tək şey bizə müraciət edənlərin sağlamlığıdır”.

BAKU.WS
VİDEO