SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə müəllimlərin COVID-19 pandemiyası ilə əlaqədar peyvəndlənməsinə start verilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin təhsil naziri Ziya Səlcuq Çorum şəhərində vaksinasiyanın ilk iştirakçısı olub. Nazir müəllimlərin səhiyyə müəssisələrində peyvənd oluna biləcəyini açıqlayıb.

“Biz Səhiyyə Nazirliyinə 1 milyon 259 min təhsil işçisinin siyahısını təqdim etmişik. İstədikləri formada vaksinasiyanın birinci mərhələsində iştirak edə biləcəklər. Vaksinasiyanın ikinci mərhələsində də proses eyni olacaq”, - deyə Z.Səlcuq əlavə edib.

Qeyd edək ki, 1 martdan etibarən qardaş ölkədə ibtidai siniflərdə məktəblərdə təhsilə start veriləcək.

BAKU.WS
VİDEO