VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-Cersi ştatının Atlantik Siti şəhərində əvvəllər otel və kazino kimi fəaliyyət göstərən 39 mərtəbəli məşhur “Trump Plaza” kimi tanınan bina sökmək məqsədilə partladılıb.

BAKU.WS xəbər verir ki, binanın partladılması anı yerli “nj.com” portalının “youtube” kanalında yayımlanıb. Binanın sökülməsini bir çox şəhər sakini izləyib.

Qeyd edək ki, bina 1984-cü ilin mayında istifadəyə verilib, şəhərdəki sayca onuncu qumarxana kimi fəaliyyət göstərir, lakin 2014-cü ildə bağlanıb.

2016-cı ildə fəaliyyətini dayandırdıqdan sonra onun mülkiyyəti “Trump Entertainment Resorts”dan “Icahn Enterprises”ə təhvil verilib.

Atlantik Şəhər Bələdiyyə Başçısı Marti Smoll 2020-ci ildə binanın sökülməsi ilə bağlı əmr imzalayıb.

BAKU.WS
VİDEO