SİZİN REKLAM BURADA!
055 213 76 73


Bulud əsaslı ani mesajlaşma tətbiqi "Telegram" bu ilin yanvar ayında dünyanın ən çox yüklənən tətbiqi olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Sensor Tower" analitik şirkəti yayıb.

Məlumatda bildirilir ki, "Telegram" keçən ay "WhatsApp"ın yeni məxfilik siyasəti ilə bağlı mübahisələrdən sonra dünyada 63 mln. dəfə yüklənib.

Videopaylaşma tətbiqi "TikTok" 62 mln. yeni istifadəçi ilə ən çox yüklənən ikinci tətbiq olub.

BAKU.WS