VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məmmədov və Məmmədova soyadları Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğuna daxil olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyindən bildirilib.

Siyahıya əsasən, ölkədə Məmmədov soyadı populyarlığına görə 5-ci, Məmmədova soyadı isə 9-cu yerdədir. Gürcüstanda Məmmədov soyadlı 14 893, Məmmədova soyadlı isə 13 006 nəfər var.

Qonşu ölkədə ən çox rast gəlinən soyad isə Beridzedir. Bu familiyanı daşıyanların sayı 29 593 nəfərdir.

BAKU.WS