SİZİN REKLAM BURADA!
055 213 76 73


Adnan Oktar və 13 ardıcılı mütəşəkkil silahlı cinayətkar şəbəkə qurmaq ittihamı ilə ümumilikdə 9803 il 6 ay həbs olunub və hər birinə 400.000 TL pul cəzası kəsilib.

BAKU.WS "haberler.com" portalına istinadən xəbər verir ki, hökm oxunduqdan sonra polis əməkdaşlarının müşayiəti ilə həbsxanaya aparılan Adnan Oktar göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, İstanbul 30-cu Ağır Cəza Məhkəməsinin qərarı ilə Adnan Oktarla birgə Tarkan Yavaş, Mehmet Noyan Orcan, Halil Hilmi Müftüoğlu, Bora Yıldız, İbrahim Tuncer, Ulviye Didem Ürer, Aylin Atmaca, Alev Babuna, Merve Büyükbayrak, Sinem Hacer Tezipar, Yeliz Sucu, Ayşegül Hüma Babuna və Fatma Ceyda Ertüz həbs olunublar.

Məhkəmə prosesi ümumilikdə 15 ay 450 gün davam edib. İstintaq zamanı təxminən 180 dəfə dindirilmə olub, 15 şahid prosesə cəlb edilib, təxminən 80 min səhifəlik dəlil və hesabat təqdim olunub.

BAKU.WS
QALEREYA