SİZİN REKLAM BURADA!
055 213 76 73


“Twitter” ABŞ prezidenti Donald Trampın hesabını daimi olaraq dondurub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin özü xəbər yayıb.

““@RealDonaldTrump” hesabının son yazılarını və onu əhatə edən konteksti diqqətlə nəzərdən keçirdikdən sonra şiddətə təhrikin bundan sonra da davam etmə riski səbəbindən hesabı həmişəlik dondurduq. Bu həftənin dəhşətli hadisələri fonunda “Twitter” qaydalarının pozulmasının belə nəticələnə biləcəyini açıq şəkildə bildirmişdik”, - deyə sosial şəbəkənin mesajında ​​bildirilir.

“Twitter” heç bir hesabın qaydalardan daha ali olmadığını və platformanın şiddətə təhrik etmək üçün istifadə edilə bilməyəcəyini xatırladıb.

Məlumatda o da bildirilir ki, “Twitter”də və başqa şəbəkələrdə yanvarın 17-də iğtişaşlar və hücumlara dair təkliflər də daxil olmaqla, gələcəkdə silahlı etiraz planları yayılmağa başlayıb.

Qeyd edək ki, Sosial Şəbəkələr və Messencerlərin Peşəkar İstifadəçiləri Birliyi (APPSIM) “Twitter”, “Facebook”, “Instagram” və “Twitch”də hesabları bloklanan ABŞ Prezidenti Donald Trampa Rusiyanın sosial şəbəkələrinə keçməsini təklif edib.

“Sizi “VKontakte” (vk.com) və ya “Odnoklassniki” (ok.ru) sosial şəbəkələrində hesablar yaratmağa dəvət edirik. Bunlar dünyanın ən yaxşılarından sayılan rusiyalı tərtibatçılar tərəfindən yaradılıb və Avropanın ən böyük sosial şəbəkələrindəndir. Ayrıca alternativ olaraq “Telegram” messencerində (telegram.org) və ya ICQ-də (icq.com) qeydiyyat təklif edə bilərik”, - deyə qurumun nümayəndələri Trampa ünvanladıqları məktubda bildiriblər.

BAKU.WS
QALEREYA