SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropanın ən likvidli qovşağı olan Niderlandın TTF qaz qovşağında qiymətlər 2019-cu ilin yanvarından bəri ən yüksək həddə çatıb.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, qazın qiyməti min kubmetr üçün 254 dollara çatıb.

Qeyd olunur ki, ötən ilin noyabr ayında təbii qaz min kubmetr üçün 170 dollara alınıb-satılırdısa, dekabr ayında bu göstərici 200 dollar həddini keçib.

2020-ci ildə Avropada təbii qaz qiymətləri pandemiya ilə əlaqədar təxminəm 3 dəfə ucuzlaşmışdı. May ayında qazın qiyməti min kubmetr üçün 40 dollar səviyyəsindən aşağı düşmüşdü.

BAKU.WS