VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov Soçidə təkbətək görüş keçirib.

BAKU.WS xəbər verir ki, XİN rəhbərləri görüş zamanı siyasət, iqtisadiyyat, mədəniyyət, humanitar mübadilə, dini əlaqələr və turizm sahəsindəki əməkdaşlıqları müzakirə ediblər.

Həmçinin, nazirlər prioritet məsələ sayılan Dağlıq Qarabağ mövzusu ətrafında da fikir mübadiləsi aparıblar.

Nazirlərin görüşünün görüntüləri Rusiya Xarici İşlər Nazirliyinin "Twitter" hesabında paylaşılıb.

BAKU.WS