VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı da kökündən sarsıdacaq.

BAKU.WS-in məlumatına görə, bu fikri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı açıqlamasında bildirib.

İki ölkə arasındakı mövcud hərbi, siyasi münasibətlərə uyğun olmayan bu qərarı qınadıqlarını vurğulayan nazir deyib:

“Bu sanksiya qərarı ölkələrimiz arasındakı ittifaqın bütün dəyərlərini sarsıtdı. Ciddi hava hücumu təhdidi altında olan ölkəmizin və 83 milyon vətəndaşımızın təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülür və görüləcək.

NATO-ya üzv olan bir ölkəyə sanksiya tətbiq etmək müttəfiqlik ruhuna zərər verməklə yanaşı, etibarı da kökündən sarsıdacaq. Ölkəmizin, millətimizin müdafiəsini və təhlükəsizliyini təmin etmək səyləri əzm və qətiyyətlə davam edəcək”.

BAKU.WS