SİZİN REKLAM BURADA!
055 213 76 73


İlin ikinci Günəş tutulması başlayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, tam Günəş tutulmasıdır. Saat 17:34-də başlayan tutulma hadisəsi saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək. Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

BAKU.WS