SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərində saxlanılan Rusiyanın NTV telekanalının jurnalistlərinin işi məhkəməyə göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyinə istinadən məlumat yayıb.

"Bu mövzuda iş məhkəməyə göndərildi", - deyə agentliyin həmsöhbəti vurğulayıb.

Mənbə həmçinin rus jurnalistlərinin nədə ittiham olunduğunu qeyd etməyib: "Bu mövzuda daha çox məlumatımız yoxdur".

"Hurriyet" qəzeti isə yazır ki, saxlanılan şəxslərin baş hərfləri belədir: A. P., İ. M və A. Ç. K. Sonuncu şəxs qadındır və Azərbaycan mənşəli Türkiyə vətəndaşıdır. Şübhəlilər son dörd gün ərzində dindirmə prosedurlarından keçiblər.

Onlara qarşı hansı ittihamların irəli sürülə biləcəyi rəsmi olaraq açıqlanmayıb. Türkiyə mediası bunun casusluqla bağlı ola biləcəyini ehtimal verir.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə TASS-a bildirib ki, jurnalistlər akkreditasiya olmadığı üçün türk pilotsuz hava vasitələri (İHA) istehsalında ixtisaslaşmış "Baikar Savunma" şirkətinin yerləşdiyi binanın yaxınlığında saxlanılıblar.

BAKU.WS