VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda Rusiya diplomatik missiyasının avtomobili partladılıb. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, paytaxt Kabulda Rusiya səfirliyinin yaxınlığında diplomatik missiyanın avtomobili kustar üsulla düzəldilmiş partlayıcı qurğu ilə partladılıb. 

Nəticədə avtomobildə olan diplomatik missiyanın əməkdaşları yüngül beyin silkələnməsi travması alıblar.

İlkin məlumata görə, hədəf diplomatik missiyanın avtomobilinin qarşısında gedən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin pikapı tipli maşını olub. Lakin, bununla belə Rusiya diplomatlarının terror hücumuna məruz qaldığı istisna olunmur.

Rusiya tərəfi Əfqanıstandan insidenti dəqiq araşdırmağı və səfirlik əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını üçün tədbirlərin görülməsini tələb edib.

BAKU.WS