SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın İllinoys əyalətində 51 yaşlı müğənni Julie Lovinq bütün səylərinə baxmayaraq hamilə qala bilməyən qızının arzusunu gerçəkləşdirib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, müğənninin qızı Breanna Lokvod iki dəfə hamilə qalmasına rəğmən uşaqlarını itirib.

Bundan sonra idmanla məşğul olan və gənc vücuda sahib olan Julie daşıyıcı ana ola biləcəyini təklif edib. Beləliklə, Julie Lovinq qızının arzusunu gerçəkləşdirmək üçün surroqat ana olub. 

O, sağlamlıq müayinəsini keçərək surroqat ana ola biləcəyi barədə məlumat aldıqdan sonra kürəkəninin sperması ona köçürülüb. 51 yaşlı qadın noyabrın 2-də ana olub.

Ailənin fotolarını təqdim edirik:

BAKU.WS
QALEREYA